Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:30

Suriya kürdlərinin ölkənin şimalında ayrıca federal region elan edəcəkləri gözlənilir.

Məlumata görə Suriyadakı kürd qrupları BMT-nin vasitəçiliyi ilə Cenevrədə keçirilən sülh danışıqlarına dəvət almadıqdan sonra belə bir qərar qəbul ediblər.

Suriya ilə bağlı sülh danışıqlarında Suriyanın hökumət və müxalifət nümayəndələri iştirak edir.

Məqsəd Suriyada siyasi keçid prosesinə başlamaqdır.

Demokratik Birlik Partiyasının lideri Nawaf Khalil Associated-Press agentliyinə bildirib ki, onun partiyası yalnız kürd regionu yox, bütün Suriya üçün federal model tətbiq edilməsinin tərəfdarıdır.

O qeyd edib ki, Suriyanın şimalındakı kürd regionu türkmən, arəb və kürdlərdən ibarət olacaq.

XS
SM
MD
LG