Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 09:04

-

2015-ci ildə Azərbaycana ət idxalı artıb.

Bu haqda Dövlət Gömrük Komitəsi məlumat verir.

Komitənin məlumatına görə, mal ətinin idxalında 8, qoyun, donuz və keçi əti idxalında 14 faizi artım olub. Bu göstərici qiymət ifadəsində azı 12 faiz artım deməkdir.

Gömrük Komitəsinin məlumatına görə, idxal edilən ətin 1 kiloqramı 2 dollar 10 sentə bəyan edilib. Rəsmi rəqəmlərə görə, bu göstərici 2014-cü ildəkindən 0,03 dolar çoxdur.

Azərbaycanda hazırda mal ətinin 1 kiloqramı ortalama 7-8 manata, qoyun əti 9-10 manata satılır.

Mal və qoyun ətləri yarmarkalarda bundan bir qədər ucuzdur. Yarmarkalarda mal 5-6, qoyun əti isə 7 manata təklif edilir. Ancaq bəzi insanlar həmin ətlərin keyfiyyətinə bir qədər şübhə edirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG