Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 02:32

“Avropa Birliyi miqrant məsələsində üzv ölkələrdən birinin nazına yol verməməlidir”.

Bunu Reuters agentliyinə martın 16-da Türkiyənin Avropa Birliyi məsələləri üzrə naziri Volkan Bozkır deyib.

O deyib ki, məsələnin həlli istiqamətində addımlar atılanda və müəyyən razılıq əldə olunanda bu hansısa üzv ölkənin nazına görə dağılmamalıdır.

Nazir qeyd edib ki, Avropa Birliyi Yunan Kiprini əmin etməlidir ki, əgər bu paket baş tutmasa buna görə cavabdehlik onların üzərinə düşəcək.

Qeyd edək ki, Kipr Respublikasının prezidenti Nicos Anastasiades bu günlərdə deyib ki, Ankara Kipr Respublikasını suveren dövlət kimi tanımayınca, onlarTürkiyənin Avropa Birliyinə qoşulmasınayol vermək fikrində deyillər.

Kipr lideri bu bəyanatdan əvvəl Avropa Şurasının prezidenti Donald Tuskla Türkiyə ilə miqrant axınının qarşısının alınmasına yönəlmiş tədbirləri müzakirə edib.

Qeyd edək ki, Avropa Birliyi ilə Türkiyə arasında əldə edilmiş ilkin razılaşmada Avropaya girən qanunsuz miqrantların Türkiyəyə qaytarılması, əvəzində onların yerləşdirilməsi üçün Ankaraya əlavə vəsait verilməsi və onunla Avropa Birliyinə üzvlük danışıqları və vizasız rejimin tətbiqinin tezləşdirilməsi nəzərdə tutulur.

Günün bütün mövzuları

XS
SM
MD
LG