Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 18:33

Avropa Şurasının prezidenti Donald Tuskla Türkiyənin baş naziri Ahmet Davutoglu martın 15-i axşam saatlarında Ankarada miqrant böhranını müzakirə ediblər.

Tərəflər miqrant problemi ilə bağlı Avropa Birliyi ilə Ankara arasında əldə edilmiş ilkin razılaşmanı müzakirə ediblər.

Tusk deyib ki, onun vəzifəsi martın 17-18-də keçiriləcək sammitədək bu razılaşmanın beynəlxalq normalara uyğunlaşdırılması, bütün üzv ölkələr və Türkiyə üçün məqbul olması üçün əsaslar toplamaqdır:

“Bu sadə tapşırıq deyil və buna hüququmuz olmalıdır. Cümə günnədək həll olunmalı məsələlər var və onların siyahısını tutmuşuq. Mən bu siyahını geri-Brüsselə aparacam və ümid edirəm ki, işlər yaxşı olacaq”, deyə o bildirib.

Davutoglu isə deyib ki, söhbət Avropaya gedən legal miqrantlarla qanunsuz miqrantların mübadiləsindən gedir.

Avropa Birliyi ilə Türkiyə arasında əldə edilmiş ilkin razılaşmada Avropaya girən qanunsuz miqrantların Türkiyəyə qaytarılması, əvəzində onları yerləşdirmək üçün Ankaraya əlavə vəsait verilmsi və onunla Avropa Birliyinə üzvlük danışıqları və vizasız rejimin tətbiqinin tezləşdirilməsi nəzərdə tutulur.

XS
SM
MD
LG