Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 00:25

-

Ali Məhkəmə «AMAY» Ticarət Mərkəzinin həbsdə olan rəhbəri Abdulla Abdullayevin kassasiya şikayətini araşdırmayıb. İş bağlanıb. Buna səbəb işadamının şikayətindən geri çəkilməsidir.

A.Abdullayevin vəkili Osman Kazımov «Report»a şikayətin geri götürüldüyünü, Ali Məhkəmənin hakimi İlham Cəfərovun martın 16-da bu səbəbdən işi qapatdığını deyib.

A.Abdullayev 2014-cü il aprelin 4-də həbs olunub. Bakı Ağır Cinayətlər Məhkəməsində o, 13 il azadlıqdan məhrum edilib. Onunla birlikdə mühakimə olunan keçmiş işçilərindən Heydər Rzayev, Mehman Məmmədxanlı, Elşən Novruzov və Vidadi Qurbanovun hər birinə 9 il, Nadejda İlyasovaya isə 8 il şərti cəza verilib. Onlar dələduzluq, mənimsəmə kimi əməllərdə təqsirləndirilir.

A.Abdullayev bir həftə əvvəl barəsində çıxarılan məhkəmə qərarlarının qanunsuz olması ilə bağlı ölkə başçısına müraciət etmişdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG