Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 01:01

-

Bakı Apellyasiya Məhkəməsində sabiq deputat Hüseyn Abdullayevin anası Zeynəb Abdullayevanın şikayəti təmin edilməyib.

APA-nın xəbərinə görə, Z.Abdullayeva ölkədən getməsinə qoyulan qadağanın götürülməsi üçün Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə qarşı iddia ərizəsi vermişdi.

2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsi isə iddianı təmin etməmişdi. Bundan sonra Z.Abdullayeva apellyasiya şikayəti vermişdi.

Hüseyn Abdullayev 2010-cu il parlament seçkilərində deputat seçilib. Parlamentdə hökumətin hesabatına fərqli münasibət bəslədiyinə görə deputat Fəzail Ağamalı ilə arasında dava düşüb. Bundan sonra H.Abdullayev həbs edildi.
Həbsdən azad edilən H.Abdullayev 2012-ci ildə Almaniyaya mühacirət edib və hakimiyyəti sərt şəkildə tənqid etməyə başlayıb.

H.Abdullayevin adı hələ deputat seçilməzdən əvvəl isə müxalifətin aksiyalarının yatırılmasında çəkilirdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG