Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 18:20

Alimlərin sözü keçmədi


Saat
Saat

-

Azərbaycanda yay-qış vaxtlarına keçid qərarı qüvvədədir.

APA-nın xəbərinə görə, Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Akif Əli deyib ki, martın 27-də yay vaxtına keçid olacaq.

Milli Elmlər Akademiyasının alimləri Prezident Administrasiyası və Nazirlər Kabinetinə Azərbaycanda yay-qış vaxtlarına keçid praktikasının ləğv edilməsi təklifini vermişdilər.

Alimlərin arqumentlərinə görə, ərazisi böyük olmayan ölkələr üçün bu praktika əlverişli deyil. Üstəlik, bu insanlarda tibbi-psixoloji və sosial-mənəvi problemlər yaradır. Alimlər hesab edirdilər ki, bunun iqtisadi faydası da bir elə çox deyil.

Azərbaycanda yay-qış vaxtına keçid hələ sovet dövründən tətbiq edilir. Üstəlik, Nazirlər Kabineti 1997-ci ildə bu prosesin tənzimlənməsi üçün qərar verib. Qərara əsasən, hər il oktyabrın son bazar günündə ölkə ərazisində qış, martın son bazar günündə isə yay vaxtına keçilir.

Bu il martın 27-də Azərbaycan ərazisində yay vaxtına keçiləcək. Həmin gün saat 04.00-da əqrəblər 1 saat irəli çəkiləcək. Bununla da ölkədə qış vaxtı başa çatacaq.

XS
SM
MD
LG