Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 06:32

Dollarla kreditləri olanlara güzəşt olacaqmı?


İlham Əliyev Abşeronda memebl fabrikində.

İlham Əliyev Abşeronda memebl fabrikində.

-

Prezident İlham Əliyevin Türkiyə səfəri, manatın taleyi və dollarla götürülən kreditlər medianın aparıcı mövzusudur.

AZƏRBAYCAN İQTİSADİYYATININ İNKİŞAFI

«Respublika» qəzetində «Aparılan islahatlar sosial-iqtisadı inkişafa təkan verir» adlı bir yazı dərc olunub. Məqalədə qeyd edilir ki, dünyada böhran olmasına baxmayaraq, Azərbaycanda aparılan islahatlar iqtisadi inkişafa təkan verir:

«Ötən ilin sosial-iqtisadi inkişafının yekunları göstərir ki, qlobal səviyyədə mürəkkəb siyasi və iqtisadi proseslərin mənfi təsirlərinə baxmayaraq, iqtisadiyyatımız dinamik inkişaf edib. 2015-ci ildə nəzərdə tutulan bütün tədbirlər icra edilib. Sosial layihələrin icrasında hər hansı ixtisarlar aparılmayıb. Ümumi Daxili Məhsulda 1.1 faiz artım olub. Kənd təsərrüfatı 6.6 faiz yüksəlib. Ən yüksək inkişaf qeyri-neft sektorunda baş verib. Burda 8.4 faiz artım olub».

DAŞ-QALAQ EDİLSİN

«Azadlıq» qəzetində isə «Daş-qalaq zehniyyətli hökumət» adlı məqalədə hakimiyyət sərt şəklidə tənqid olunub. Məqalənin əvvəlində Ağcabədi rayon İcra Hakimiyyəti başçısının Şənlik kəndində əhali ilə görüşündən bəhs edilir. Qəzetdə yazılanlara görə, icra başçısı deyib ki, rayona nə qədər pul ayrılması, hansı işə nə qədər pul xərclənməsi əhaliyə aidiyyəti olmayan məsələdir. Məqalədə başçıdan belə bir sitat da gətirilir: «Bir də bu kənddən kimsə hansısa şikayət dolu yazını mətbuata ötürsə, onu əhali yığışaraq daş-qalaq etməlidir».

Məqalənin sonunda isə siyasi dəyərləndirmə aparılır: «Bu gün həbsdə olan 100-ə qədər siyasi məhbus da məhz həqiqəti dedikləri üçün, korrupsiyanı ifşa etdiklərinə görə cəzalandırılıblar. Ona görə də, icra başçısı Şahin Məmmədov arxayındır. Qısası, hökumət vətəndaşa kölə olmağı əmr edir. «Oğurlayıram, talan edirəm, yaxşı eləyirəm» deyirlər. Yaxid da, «Sus, taleyinlə barış, şükür elə»».

Bakı

Bakı

NEFTİN DƏYƏRİ DÜŞSƏ…

«Neftin dəyəri 25 dollara qədər enməsə, manatın nisbi sabitliyi qoruna bilər. Amma bütün il ərzində hansısa «sıçrayış»ların olması mümkündür».

Bu fikri «Exo» qəzetinə iqtisadi ekspertlərdən Fuad Əlizadə deyib. Onun fikrincə, manatın indiki nisbi güclənməsi xarici valyutaya tələbatın azalması ilə bağlıdır: «Görünür, bayram günləri bizim vətəndaşlar xaricə getməyəcəklər. Ona görə də pul dəyişmirlər».

F.Əlizadə qeyd edir ki, valyuta dəyişməyə elə bir qadağa yoxdur. Belə hal olsaydı, 90-cı illərdəki kimi «qara bazar» inkişaf edərdi: «Bu gün Mərkəzi Bank valyuta hərraclarına çıxmır. İmkanı bitib. Hərraclara ancaq Neft Fondu vəsait çıxarır. Çox şey də «qara qızıl»ın qiymətindən asılıdır».

Ekspertin fikrincə, neft 40 dollar həddində qalsa, manat sabit qalacaq. Yox, neftin dəyəri düşsə, milli valyutanı təlatümlər gözləyir.

F.Əlizadə deyir ki, bazarla Mərkəzi Bank arasında 4 faizlik fərq qalacaqsa, «üzən məzənnə» rejiminə keçid real olmayacaq.

DOLLAR KREDİTLƏRİ SOSİAL GƏRGİNLİYƏ GƏTİRƏ BİLƏR

«Yeni Müsavat» qəzetində dollarla kredit götürmüş insanların çətinliklərindən bəhs edən bir yazı dərc olunub. Həmin məqalədə bildirilir ki, ötən il dekabrın 21-də baş verən devalvasiyadan sonra dollarla krediti olan insanların vəziyyəti bir xeyli çətinləşib. Həmin insanlar indi faktiki iki qat kredit ödəyirlər. Qazancları isə artmayıb: «Banklara gəlincə, bankların da vəziyyəti ağırlaşır. Kreditlərin qaytarılmaması bankları iflic hala sala bilər».

Məqalədə qeyd edilir ki, bu sahədə tam anlaşılmaz bir özfəaliyyət hökm sürür: «Bu vəziyyət sonda ölkədə sosial gərginliyin artması ilə nəticələnə bilər. Fikrimizcə, dollarla kredit almış insanlara manatın məzənnəsindəki dəyişikliklər qədər kompensasiya verilməlidir».

Məqalədə fikirləri təqdim edilən ekspertlər daha bir çıxış yolu göstərirlər: «Banklar tərəfindən xarici valyutada kreditlərin verilməsi qadağan edilməlidir, Konstitusiyanın tələblərini pozaraq vətəndaşları xarici valyutada kredit götürməyə təhrik etmiş bank rəhbərləri məsuliyyətə cəlb olunmalıdırlar».

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG