Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 00:43

-

Pakistan hərbi məhkəməsi 13 silahlıya terrorçuluq ittihamları ilə ölüm cəzası kəsib. İttihamlardan biri 2013-cü ildə 10 xarici alpinistin qətlə yetirilməsidir.

Tehreek-e-Taliban Pakistan qruplaşmasının üzvü Irfan Ullah ölkənin ikinci uca dağı sayılan Nanga Parbat-da düşərgəyə hücumda təqsirli bilinib. Həmin hücum dünyanı sarsıtmış, ölkənin turizm sənayesinə ciddi zərbə vurmuşdu. Polis geyimində olan silahlı düşərgəyə basqın etmiş, ABŞ, Çin və digər ölkələrdən 10 alpinisti güllələmişdi.

Bu silahlıları məhkəmə “terrorçu” adlandırıb. Onlar məktəblərə, aeroporta da hücumlar ediblər.

2014-cü ilin dekabrından Pakistan ölüm cəzasına moratoriumu götürüb. O vaxtdan 300-dən çox adam asılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG