Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 08:52

-

Brüsseldə antiterror reydi zamanı şübhəli silahlı öldürülüb.

Belçika Federal Prokurorluğu martın 15-də bildirib ki, polis əməkdaşları şəhər kənarında axtarış aparan zaman “təhlükəsizlik qüvvələri qapını açan kimi bir ya daha artıq adam dərhal polis əməkdaşlarına atəş açmağa başlayıb”.

Beş saatdan sonra polis evə basqın edib, Kalashnikov silahlı bir şübhəli öldürülüb, axtarışlar davam edir. Reyd zamanı dörd polis əməkdaşı yaralanıb.

Reyd ötən ilin noyabrında Parisdə 130 nəfərin ölümünə səbəb olmuş hücumlarla əlaqədar aparılıb. Həmin hücumlara görə məsuliyyəti İslam Dövləti (İŞİD) silahlı qruplaşması üzərinə götürüb.

Həmin hadisələrə görə Belçikada 11 nəfər həbs edilib və onlara ittihamlar irəli sürülüb, səkkiz nəfər saxlanıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG