Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 18:54

-

Ukraynada varlı oliqarxlar ölkənin antikorrupsiya səylərinə kölgə salır. Bu bəyanatla ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Victoria Nuland martın 15-də çıxış edib.

Xanım Nuland deyib ki, iqtisadiyyatın liberallaşması və korrupsiya ilə mübarizə alınmasa, Ukrayna “yenidən korrupsiyaya, qanunsuzluğa, vassal dövlətçiliyinə sürüklənə bilər”.

“Ukraynana on illər boyunca idarə etmiş oliqarxlar və kleptokratlar bilirlər ki, Maydan islahatçıları bu il uğur qazansalar, onların biznes modeli iflasa uğrayacaq”, Nuland ABŞ Senatının Xarici Əlaqələr Komitəsində deyib.

Bu arada Ukrayna Prezidenti Petro Poroshenko və Baş nazir Arseniy Yatsenyuk-un əsas sənaye sahələri, nazirliklər və dövlət agentliklərində dəyişiklikləri sürətlə aparmaması sarıdan narahatlıqlar var.

Günün bütün mövzuları

XS
SM
MD
LG