Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 15:40

-

Valyuta bazarındakı ajiotaj artıq aradan qalxıb, iqtisadi subyektlər “üzən məzənnə” rejiminə uyğunlaşıblar.

Mərkəzi Bank belə deyir. APA-nın xəbərinə görə, ilin əvvəlindən bəri keçirilən 29 valyuta hərracının 17-də təklif tələbi üstələyib:

“Dövr ərzində məzənnə bazardakı tələb və təklif nisbətindən asılı olaraq formalaşıb. Onun dinamikasında kəskin tərəddüdlər baş verməyib. Bundan başqa, ölkədə dedollarizasiya istiqamətində görülən tədbirlər də bu valyutaya tələbə təsir göstərən mühüm amillərdəndir. Dövlət qiymətli kağızlarının yüksək gəlirliklə yerləşdirilməsi, milli valyutada qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddinin artırılması manata etimadın gücləndirilməsinə yönəlib” - deyə Mərkəzi Bankdan bildiriblər.

Mərkəzi Bank bundan sonra da valyuta bazarında yeni məzənnə rejiminə uyğun şəkildə iştirak edəcəyini bildirib.

Son bir ildə baş vermiş iki devalvasiyadan sonra ölkədə dollara tələbat artıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG