Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 12:28

Nardaran məhbusu həbsdə qaldı


-

Bakı Apelyasiya Məhkəməsində Nardaran işi üzrə saxlanan Abbas Hüseynovun şikayətini təmin etməyib.

A.Hüseynov həbs müddətinin uzadılmasını qanunsuz hesab edirdi.

Onun vəkili Fariz Namazlı APA-ya deyib ki, məhkəmə müdafiə etdiyi şəxs barədə seçilmiş həbs-qətimkan tədbirinin uzadılmasını qanuni sayıb.

Nəsimi Məhkəməsi A. Hüseynovun həbs müddətini iyulun 3-dək uzatmışdı.

A.Hüseynov 2015-ci ilin noyabrında Nardaranda polis əməliyyatı zamanı tutulanlardandır. Həmin hadisə zamanı 2-si polis olmaqla 7 nəfər həlak olmuşdu. Müsəlman Birliyi Hərəkatının rəhbəri Taleh Bağırzadə və onun tərəfdarları həbs edilmişdi. Prokurorluğun bildirməsinə görə, bu hərəkatla bağlı ümumilikdə 68 nəfər həbs edilib. Onlara qarşı Cinayət Məcəlləsində terrorçuluq və daha bir neçə ağır maddə üzrə ittiham irəli sürülüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG