Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 13:20

Rusiyanın ilk hərbi təyyarələri Suriyadakı Xmeymim hava bazasından qalxaraq Rusiya ərazisindəki daimi yerləşdirkləri bazaya düşüblər.

Bu barədə Rusiyanın müdafiə nazirliyi məlumat verib.

Bundan əvvəl Rusiya təyyarələrinin geri dönməyə hazırlaşması barədə məlumat yayılmışdı.

Şəxsi heyət geri dönmək üçün hərbi avadanlıqlar və texniki vasitələri nəqliyyat təyyarələrinə yükləyir.

Rusiya prezidenti Vladimir Putin martın 14-də müdafiə naziri Sergey Shoygu və xarici işlər naziri Sergei Lavrovun iştirakıyla keçirdiyi iclasda Rusiyanın Suriyadakı əsas hərbi qüvvələrinin martın 15-dən Suriyadan çıxarılacağını bəyan edib.

Putin həmçinin deyib ki, Rusiya Suriya ilə bağlı sülh prosesində rolunu artırıb.

BMT, Suriya müxalifəti və ABŞ Rusiyanın bu addımını müsbət qarşılayıb.

Martın 15-ə keçən gücə Vladimir Putinlə ABŞ prezzidenti Barack Obama arasında telefon söhbəti olub.

Martın 14-də Cenevrədə Suriya ilə bağlı sülh danışıqlarının növbəti mərhələsi başlayıb.

5 ildir ki, davam edən Suriya müharibəsində 270 mindən çox adam ölüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG