Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 19:47

İstanbul polisi ötən gecə şəhərin Taksim meydanında mitinqi dağıdıb.

Xatırladaq ki, 2013-cü ildə məhz bu meydandan hökumət əleyhinə etirazlar başlanmışdı.

Bu dəfə meydana onlarla adam toplaşıb.

Onlar hökumətin bazar günü Ankarada törədilən partlayışın qarşısını ala bilməməsinə etiraz bildiriblər.

Amma polis mitinqi rezin güllələr və su şırnaqları ilə dağıdıb.

Prezident Racep Tayyib Erdogan isə bu arada əlində silah olan terrorçularla, hər vasitə ilə məqsədlərinə çatmaq üçün onların tərəfini saxlayanlara eyni gözlə baxmağa çağırıb.

O deyib ki, bu akademik, deputat, jurnalist və vətəndaş cəmiyyəti üzvləri də ola bilər və bu onların terrorçu olması faktını dəyişə bilməz.

Martın 13-də Ankarada törədilən partlayışda azı 37 nəfər ölüb, 120-dən çox adam yaralanıb.

Türkiyə hakimiyyəti bəyan edib ki, bu hücumun arxasında kürdlərin terrorçu PKK təşkilatı durur.

İstintaqın gəldiyi nəticəyə görə, partlayışı törədən kişi və qadın PKK üzvləridir.

Günün bütün mövzuları

XS
SM
MD
LG