Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 07:24

«I Şah İsmayıl – sərkərdə və hökmdar» sərgisindən daha bir xəbər...


Azərbaycan mədəniyyətinə aid unikal materiallar

Azərbaycan mədəniyyətinə aid unikal materiallar

-

AMEA Milli Azərbaycan Tarixi Muzeyində «I Şah İsmayıl – sərkərdə və hökmdar» sərgisinin son hazırlıqları gedir.

130-dan artıq unikal eksponatın, çoxlu sayda informasiya-məlumat paneli, xəritə, portret, iriölçülü bannerlərin qurulduğu sərgidə ayrı-ayrı bölmələrin tamamlanması işi başa çatır.

Sərginin hazırlıq işləri barəsində muzeyin saytında müntəzəm məlumat verilir.

Azərbaycan mədəniyyətinə aid unikal materiallar

Azərbaycan mədəniyyətinə aid unikal materiallar

«Səfəvilər dövləti – rəmzlər, dövlət dili, inzibati quruluşu» bölməsində XVI-XVII əsr Azərbaycan mədəniyyətinə aid unikal materiallar yerləşdirilib.

Nadir naxışlarla bəzədilmiş mis qablar, Şah İsmayıl Xətai və Məhəmməd Füzulinin əsərlərindən səhifələrin surətləri, unikal toxunmalı əlvan ipək parça, bədii kaşılar, baş geyimlərinin bəzəkləri olan cıddalar, yazı dəstləri nümayiş olunur.

Bölmədə XVI-XVII əsr Azərbaycan mədəniyyəti barəsində ətraflı məlumat, Təbriz miniatürləri, memarlıq abidələrinin fotoşəkilləri təqdim olunur.

Şah İsmayıl Xətainin dəfn olunduğu Ərdəbildəki Şeyx Səfi məqbərəsi barəsində də bölmədə ətraflı məlumat yerləşdirilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG