Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 04:19

İlham Əliyevlə Erdoğan görüşdü


İlham Əliyev və R.T.Erdoğan
İlham Əliyev və R.T.Erdoğan

-

Martın 15-də Türkiyəyə səfər edən ölkə başçısı İlham Əliyevi Ankarada prezident Recep Tayyip Erdoğan rəsmi törənlə qarşılayıb.

Əksər türk mediası bunu baş xəbər kimi yayımlayıb.

«Sabah» qəzeti xəbər verir ki, İlham Əliyev Türkiyəyə «Bakı-01» nömrəli təyyarə ilə səfər edib. Saat 12:00-da Ankaraya gələn Əliyevi «Esenboğa» Hava Limanında baş nazirin müavini Yalçın Akdoğan qarşılayıb.

Bunun ardınca Azərbaycan prezidentinin avtomobil korteji at qarovul dəstəsinin müşayiəti ilə Türkiyə prezidentinin iqamətgahına yollanıb.

Qəzet xəbər verir ki, iki ölkə prezidenti arasında təkbətək və hökumətlərarası müzakirələr günün ikinci yarısı boyunca davam edəcək. Müzakirələrin ardınca ölkələrarası strateji anlaşmaların imzalanacağı, prezidentlərin mətbuat konfransı keçirəcəyi bildirilir.

Martın 15-də Türkiyə prezidenti Azərbaycana gəlməli idi. Ancaq martın 13-də Türkiyənin paytaxtı Ankarada törədilən terrora görə o, səfərini təxirə salıb.

Bunun ardınca Azərbaycan prezidentinin təşəbbüsü ilə görüşün Ankarada keçirilməsi qərara alınıb.

Türkiyə prezidenti buna qədər yenə terror olayı üzündən Azərbaycana bir dəfə də gəlişini təxirə salmışdı. R.T.Erdoğan onda da Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasında iştirak etmək üçün fevralın 18-də Bakıya gəlməli idi. Lakin fevralın 17-də Türkiyədə baş verən terror üzündən bu səfəri də ertələnmişdi.

XS
SM
MD
LG