Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 07:11

-

Stratford. Shakespeare'in kəndi

Stratford. Shakespeare'in kəndi

Şekspirdən günümüzə öz xəttilə gəlib çatmış yeganə əsər olan “Cənab Tomas Mor” pyesinin əlyazması tezliklə Britaniya Kitabxanasının saytında nümayiş etdiriləcək.

Şekspir bu əlyazmada Tomas Mor obrazının dililə qaçqınlara insani davranış göstərməyə çağırır. Kitabxananın kuratoru Zoe Wilcox deyib:

Bu pyesi oxumaq Avropa miqrant böhranı, Londondakı anti-miqrant üsyançılar fonunda yerinə düşəcək, Tomas Mor obrazının qaçqınlara münasibəti bizə dərs olmalıdır.

“Bu, çox gözəl bir ritorikadır, əsl empatiya çağırışıdır. Mətn boyu kütlələr mühacirlərə, qəriblərə empatiya göstərməyə çağrılır. Bu mətnin bu gün Avropada baş verənlərə uyğunluğu necə də heyrətamiz, həmçinin kədərlidir.”

Şekspir bu üçpərdəli pyesdə Tomas Morun dililə deyir:

"Əgər siz Fransaya, hər hansı alman əyalətinə, İspaniyaya, Portuqaliyaya getsəydiniz, təsəvvür edin ki, orada özünüz yabançı olacaqdınız."

Günün bütün mövzuları

XS
SM
MD
LG