Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 15:42

Türkiyə 45 PKK-çını öldürdüyünü deyir


Ankara partlayışında ölənlər dəfn edilir

Ankara partlayışında ölənlər dəfn edilir

-

Türkiyə ordusu bildirir ki, İraqın şimalına zərbələrdə azı 45 kürd yaraqlısı öldürülüb. Ankarada bazar günkü partlayışdan sonra Türkiyə İraqın şimalını bombalamağa başlayıb.

Həmin partlayışda 37 nəfər həlak olub.

Baş nazir Ahmet Davutoglu partlayışı kürd üsyançıların törətdiyinə hökumətin “əmin olduğunu” bildirib.

Martın 15-də yayılan hərbi açıqlamaya görə, hava zərbələri Qəndil dağlarına endirilib. Burada PKK-nın əsas bazaları yerləşir. İki silah deposunun və iki raket mövqeyinin dağıdıldığı bildirilir.

Bu məlumatı hələlik təsdiqlətmək mümkün olmayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG