Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 18:48

-

Corc Vaşinqton Universiteti – Beynəlxalq Məsələlər üzrə Elliot Məktəbinin Orta Asiya Proqramı (CAP) Orta Asiya-Azərbaycan Təqaüd Proqramı (CAAFP) elan edib.

Bu proqram gənc peşəkarlar – alimlər, məmurlar, insan haqları və siyasi fəallar üçün nəzərdə tutulub. Tədqiqat və təhlil bacarıqlarını təkmilləşdirmək, ölkələrində liderə çevrilmək arzusunda olan hər kəs proqrama qatıla bilər.

Təqaüdçülər universitetdə 5 ay qalacaq, müxtəlif proqramlara qatılacaqlar. Onlar seminarlarda, təlimlərdə iştirak etməlidirlər. Onlar Vaşinqton və Nyu-Yorkda ABŞ siyasət və ekspert icmalarına təqdim olunacaqlar.

Bu ilin payızında 3 təqaüdçü seçiləcək. Təqaüdçülərə ayda 3 min dollar (vergi daxil) təqaüd veriləcək, səyahət, viza, tibbi sığorta xərcləri də ödənəcək.

Bu ilin mövzusu Orta Asiya və Azərbaycanda iqtisadiyyat və cəmiyyətin inkişafıdır. Ərizəçilər regionun bir, yaxud bir neçə ölkəsindən yaza bilərlər.

Təqaüdü Açıq Cəmiyyət Fondu maliyyələşdirir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG