Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 07:15

Azərbaycanlı Amerikalılar Konqresi Rəsulzadə adına təqaüd təsis edib


M.Ə.Rəsulzadə
M.Ə.Rəsulzadə

-

Azərbaycanlı Amerikalılar Konqresi (AAK) 2016-17-ci illər üçün Məhəmməd Əmin Rəsulzadə təqaüd proqramı elan edir.

Bu təqaüd ABŞ-da kollec və ya universitetlərdə təhsil hüququ əldə etmiş aztəminatlı azərbaycanlı tələbələr üçün nəzərdə tutulub. Təqaüd bir semestrlikdir, məhz təhsil xərclərinə yönəldilməlidir. Təqaüdün məbləği 500-3000 dollar arası dəyişir.

Proqramın məqsədi öncül istedadlı Azərbaycan gənclərini öz məqsədlərinə çatmağa həvəsləndirmək, onlara arzularına gedən yolda maddi yardım göstərməkdir.

Təqaüd üçün müsabiqəyə universitetlərdə təhsil alan, yaxud bu il ali məktəblərə qəbul olunan Azərbaycan vətəndaşları, həm də ABŞ-da yaşayan azərbaycanlılar qatıla bilər.

M.Ə.Rəsulzadə təqaüd proqramı üçün bu il mayın 1-dək müraciət etmək lazımdır.

Azərbaycanlı Amerikalılar Konqresi peşəkar azərbaycanlı gənclərin Nyu-York şəhərində yaratdıqları müstəqil qeyri-hökumət təşkilatıdır.

XS
SM
MD
LG