Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:40

-

Martın 14-də, gecə saat 3 radələrində «Təzadlar» qəzetinin baş redaktoru Asif Mərzilinin yaşadığı evdə yanğın baş verib. Baş redaktorun mənzili Bakının Xətai rayonu, Tağızadə küçəsindəki 11/15 nömrəli evdə yerləşir.
Baş redaktor hadisənin sırf peşə fəaliyyəti ilə bağlı olduğunu bildirib.

A.Mərzili «Turan»a deyib ki, bir qrup şəxs benzin tökərək mənzilini yandırıblar:

«Yanğın baş verən zaman 5-ci mərtəbədəki qonşum görüb və dərhal bizi yuxudan oyadaraq həyatımızı xilas etdi. Fövqəladə Hallar Nazirliyinin 101 xidmətinə zəng vurduq, qonşularla birgə evimin tam yanmasının qarşısını aldıq. Buna baxmayaraq mənzilimdə 6 kvadratmetrədək sahə yanıb. Pəncərələr, kabellər və digər avadanlıqlar əriyib tökülüb. Mənzilimə və binaya ciddi ziyan dəyib».

Jurnalistin deməsinə görə, hadisə ilə bağlı Xətai rayon Polis İdarəsinin İstintaq şöbəsində cinayət işi başlanıb. Əməliyyat-axtarış tədbirləri davam etdirilir: «Dünən Xətai rayon prokuroru Yusif İldırımzadə məni qəbul etdi. İstintaq prokurorluğun da nəzarətindədir».

Jurnalist istintaq sirri olduğuna görə, hadisənin detalları ilə bağlı danışmayıb: «Sadəcə deyə bilərəm ki, bu, birbaşa peşə fəaliyyətim və son dövrlər şikayətçilərin ərizələri əsasında qəzetdə dərc edilən araşdırma yazıları ilə bağlıdır. Sırf üstündə durduğum məqamlar da var. Son dövrlər biznes sahəsində nüfuzlu şəxslərlə bağlı yazılar dərc etmişik. Onlardan biri bizi hətta məhkəməyə də verib. Şübhələrimiz var».

Günün bütün mövzuları

XS
SM
MD
LG