Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 16:44

-

Ağsu rayonunda 57 yaşlı Xıdır Əsgərovun özünü asdığı bildirilir. APA-nın xəbərinə görə, hadisə rayonun Ərəbuşağı kəndində qeydə alınıb. Kənd sakini 57 yaşlı X.Əsgərovun yaşadığı evin həyətindəki yardımçı tikilidə asılmış meyiti tapılıb. Onun intihar etdiyi bildirilir. Ancaq intiharın səbəbi açıqlanmır.

Xəbərdə bildirilir ki,iki övlad atası X.Əsgərovun intihar etməzdən öncə yazdığı məktub tapılıb. Məktubda o, heç kimə pul borcu olmadığını, heç kimlə də şəxsi ədavət aparmadığını yazır. Məktubda qeyd edilib ki, onun ölümünə görə heç kim günahlandırılmamalıdır.

Faktla bağlı Ağsu rayon Prokurorluğunda araşdırma aparılır.

Günün bütün mövzuları

XS
SM
MD
LG