Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 15:45

«British Airways» Bakıya uçuşları dayandırır


British Airways
British Airways

-

Böyük Britaniyanın «British Airways» aviaşirkəti London-Bakı-London istiqaməti üzrə uçuşları dayandırır.

«Report»un xəbərinə görə, bu barədə şirkətdən açıqlama yayılıb.

«British Airways» daim öz marşrut şəbəkəsini nəzərdən keçirir.

«Biz qərara gəldik ki, əlverişli olmadığı üzündən Londonun «Heathrow» aeroportundan Bakıya uçuşları dayandıraq. «Heathrow»dan Bakıya sonuncu uçuş bu il aprelin 29-da yerinə yetiriləcək. Həmin gün Bakıdan Londona sonuncu aviareys həyata keçiriləcək. Səyahət planlarının pozulmasına görə müştərilərimizdən üzr istəyirik. Göstərilən tarixdən sonra səyahət planlaşdıran müştərilərimizə aviabilet üzrə ödəniş tam geri qaytarılacaq», - deyə aviaşirkətdən bildirilib.

XS
SM
MD
LG