Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 13:04

-

Qazaxıstan prezidenti Nursultan Nazarbaev Azərbaycana gələcək. APA-nın xəbərinə görə, bu barədə N.Nazarbaev bəzi ölkələrin Qazaxıstandakı səfirlərinin etimadnaməsini qəbul edərkən deyib.

Etimadnaməsini Qazaxıstan prezidentinə təqdim edənlər arasında Azərbaycanın səfiri Rəşad Məmmədov da olub:

«Azərbaycan Qafqaz regionunda bizim strateji tərəfdaşımızdır. Biz energetika, logistika, kənd təsərrüfatı sahəsində aktiv əməkdaşlıq edirik. Azərbaycan prezidenti İlham Əliyevdən rəsmi dəvət almışam və bu dəvəti böyük məmnuniyyətlə qəbul etmişəm», - deyə N. Nazarbaev qeyd edib.

Lakin o, səfərin tarixini açıqlamayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG