Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 04:30

-

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Monitorinq Mərkəzinin sabiq rəisi, general-mayor Teymur Quliyevin evində usta işləyən iki qardaş həbs edilib. «Report» xəbəri vəkil Adəm Məmmədova istinadən yayıb.

A.Məmmədov deyir ki, 3 aya yaxındır Ramil və Vasif Aslanov qardaşlarının hüquqlarını müdafiə edir.

Həmin şəxslər Cinayət Məcəlləsinin 145.2.4 (qanunsuz azadlıqdan məhrum etmə) və 221.2.1-ci (xuliqanlıq) maddələri ilə ittiham edilirlər.

General Teymur Quliyev isə ötən ilin oktyabrında həbs edilib. Onun təcridxanada infarkt keçirdiyi də bildirilirdi.

Prezident İlham Əliyev ötən ilin dekabrında Milli Təhlükəsizlik Nazirliyini ləğv edib. Nazirliyin bazası əsasında iki qurum - Dövlət Təhlükəsizliyi Xidməti və Xarici Kəşfiyyat Xidməti yaradılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG