Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 20:37

-

İran neft hasilatını sanksiyalardan öncəki səviyyəyə çatdırandan sonra hasilatın dondurulması təşəbbüsünə qoşulmağı nəzərdən keçirəcək. Bunu Rusiyanın Enerji naziri Aleksandr Novak deyir.

Novak martın 14-də Rusiya mediasına danışıb. Deyib ki, Rusiya və OPEC ölkələri hasilatın dondurulmasını aprel görüşündə müzakirə edəcəklər.

Novak Tehranda iranlı həmkarı Bijan Zanganeh-lə görüşüb. Onun sözlərincə, Tehran ideyanı ümumilikdə dəstəkləyir və inanır ki, daha öncə hasilatı günə 4 milyon barel səviyyəsinə çatdırmalıdır. 2008-ci ildə hasilat bu həddə idi. Novak İranın tələbini “məntiqi” adlandırıb.

İran hazırda günə 2.8-3.5 milyon barel neft çıxarır. Nüvə proqramına görə qoyulmuş sanksiyalar yanvarda qaldırılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG