Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 12:39

İŞİD-çi təslim olub


İraqın şimalında kürd peşmərgələri, arxiv fotosu

İraqın şimalında kürd peşmərgələri, arxiv fotosu

-

İslam Dövləti (İŞİD) silahlı qruplaşmasının tərkibində savaşan bir nəfər martın 14-də İraqın şimalından kürd qüvvələrinə təslim olub. O, özünü əslən Birləşmiş Ştatlardan olan iraqlı-fələstinli kimi təqdim edib.

İŞİD-çilər nadir hallarda könüllü təslim olurlar. Kürdlər onun təslim anını göstərən videonu sosial şəbəkələrdə yayıb.

ABŞ hökuməti onun doğrudan da amerikalı olub-olmamasını araşdırır. Sosial mediada göstərilən sürücülük vəsiqəsində onun Virciniya ştatından Muhammad Jamal Khweis olduğu yazılıb.

Həmin şəxs Mosulda yaşadığını desə də, kürd peşmərgə qüvvələri onun həftəsonu cəbhə xəttində gəzişdiyini söyləyiblər, intiharçı olduğunu düşünüblər, atəş açmaq istəyiblər, ancaq o, təslim olub.

İngiliscə və ərəbcə danışan İŞİD-çi silahsız olub, ancaq üstündə xeyli nağd pul aşkarlanıb, 3 mobil telefonu, 3 kimlik kartı olub ki, biri də sürücülük vəsiqəsidir.

Günün bütün mövzuları

XS
SM
MD
LG