Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 11:56

-

Bu gün torpaq və ya ilaxır çərşənbə qeyd edilir. Torpaq Novruz çərşənbələrinin sonuncusudur. Buna qədər, fevralın 23-də su, martın 1-də od və martın 8-də yel çərşənbəsi qeyd edilmişdi.

Digər çərşənbələrdən fərqli olaraq, bu sonuncu çərşənbə xüsusi təmtəraqla qeyd edilir.

İnama görə, Torpaq çərşənbəsi yetişəndə, torpaq artıq əkinə hazır olur və ona toxum səpmək olar.

İlaxır çərşənbədə bütün günü davam edən mərasim, axşam şənlikləri ilə daha da gurlaşır. Bu çərşənbə özəllikləri ilə zəngindir. Üzərlik yandırılması, tonqallar qalanması (həm də yeddi tonqal qalanması), gecə səhərə qədər oyaq qalıb çillə çıxarılması, qurşaq atılması, qulaq falına çıxılması bura aiddir. Axır çərşənbədə hamı tonqal üstündən tullanmalıdır. Bayram tonqalı yanaraq özü sönməlidir, onu söndürmək olmaz.

Əski inanclara görə, həmin gün evdən duz, su, pul, çörək, od, kibrit, neft, ağartı verməzlər. Axır çərşənbə günü ailə üzvlərinin sayına görə şam yandırılır. Adətə görə, şamı yarımçıq söndürməzlər. Həmçinin, axır çərşənbə gecəsi ürəyində niyyət tutub yatmalısan. İnanca görə, ilin axır çərşənbə gecəsini öz evində qeyd etməlisən. Əks halda, Novruzu yeddi il dalbadal başqa yerdə qarşılayacaqsan.

Həm də ilaxır çərşənbənin bayram masası fərqli olur. Novruz şirniyyatı masa üzərinə düzülür. Həmin gün səməni bu süfrənin bəzəyi olur, şamlar yandırılır, qapılar bağlanmır.

Bu il bahar Azərbaycana martın 20-də səhər saat 08-30-da qədəm basacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG