Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 06:51

-

Rusiya prezidenti Vladimir Putin bazar ertəsi Suriyadakı əsas hərbi qüvvələrin çıxarılmasını göstəriş verib.

Putin Rusiyanın Suriyaya hərbi müdaxiləsinin müəyyən dərəcədə məqsədinə çatdığını vurğulayıb.

Prezident bunu martın 14-də Kremldə müdafiə və xarici işlər nazirləri ilə görüşdə bildirib.

Putin deyib ki, martın 15-dən ordunun çıxarılmasına başlanılmalıdır.

O həmçinin qeyd edib ki, Rusiya Suriya münaqişəsinə son qoyulması üçün sülh prosesində rolunu artırıb.

Kremlin sözçüsü Dimitry Peskov, Putinin telefonla bu barədə Suriya prezidenti Bashar Assada məlumat verdiyini deyir.

5 ildir ki, davam edən Suriya münaqişəsində 270 mindən çox adam ölüb.

Rusiya bu müharibədə Bashar Assadın, ABŞ və onun müttəfiqləri isə üsyançıların tərəfini saxlayır.

Hazırda Suriyada atəşkəsdir və BMT-nin vasitəçiliyi ilə mühasirədə olan bölgələrə humanitar yardım çatdırılır.

Amva atəşkəs rejimi “İslam Dövləti” qrupu və digər terrorçu təşkilatlara aid deyil.

Martın 14-də Cenevrdə Suriya ilə bağlı sülh danışıqlarının növbəti mərhələsi başlayıb.

Buna da bax:

____________________________________________________________

Bunlara da bax:

____________________________________________________________

Günün bütün mövzuları

XS
SM
MD
LG