Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 16:56

-

«Holcim» (Azərbaycan) ASC-nin nümayəndəsi Rəna Tahirova ötənilki istehsal fəaliyyətini 123 milyon manat zərərlə başa vurmağın səbəblərini AzadlıqRadiosuna şərh edib

«2015-ci il ərzində ABŞ dolları və avro ilə olan yüksək öhdəliklərə görə Azərbaycanda xarici valyutanın məzənnəsindəki dəyişiklər nəticəsində zavod əlavə zərərə uğrayıb. Ümumiyyətlə, devalvasiyanın Holcim şirkətinə təsiri 97 faiz təşkil edib».

«Holcim» (Azərbaycan) ASC-nin nümayəndəsi Rəna Tahirova ötənilki istehsal fəaliyyətini 123 milyon manat zərərlə başa vurmağın səbəblərini AzadlıqRadiosuna şərh edərkən belə deyib.

Onun sözlərinə görə, ötən il bazarda tələbat azaldığından, 2014-cü illə müqayisədə şirkətin satış həcmi 30 faiz aşağı düşüb. R. Tahirova bu ilin istehsal planları barədə sualı belə cavablandırıb: «Biz məhsul portfelimizi artırmağı, müştəri xidmətlərimizi təkmilləşdirməyi və müştəri yönümli yeni təşəbbüslər həyata keçirməyi planlaşdırırıq. İstehsal həcmimiz bazarın tələb və təklifinə uyğun olacaq».

“Holcim” nümayəndəsi onu da bildirib ki, daim şəffaf işləyirlər və şirkətin fəaliyyətinə dair geniş məlumat - auditor rəyi ilə birgə illik hesabat qurumun internet səhifəsində yerləşdiriləcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG