Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 07:30

Ukrayna prezidenti Petro Poroshenko maliyyə naziri Natalie Jaresko və Lvov meri Andriy Sadovyin baş nazirliyə mümkün namizədliklərini götür-qoy edir.

Poroshenkonun sözçüsü Svyatoslav Tsegolko Facebook səhifəsində yazır ki, prezident martın 14-də islahatlar aparılması üçün partiya liderləri ilə kabinetdə dəyişiklik məsələsini müzakirə edib.

Tsegolko versiyalardan birinin Jarersko, digərinin isə avropapərəst “Özünə kömək” partiyasının lideri Sadovyi olduğunu yazır.

Poroshenkonun partiyası həmçinin qərara alıb ki, baş nazir Arseniy Yatsenyuk istefaya göndərilməlidir.

Ukrayna hazırda siyasi böhran dövrünü yaşayır. Poroshenkonun hakim koalisiyası demık olar ki, dağılıb.

Amma Yatsenyuk istefa vermək fikrində deyil və ötən ay etimad səsvermsindən qalib çıxıb.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG