Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 14:13

BMT-nin vasitəçiliyi ilə Cenevrədə Suriya ilə bağlı sülh danışıqlarının növbəti mərhələsi başlanıb.
Martın 14-də başlanan danışıqlarda əsasən Suriyada əldə edilən atəşkəs rejimi və ona əməl olunması müzakirə olunur.
BMT-nin Suriya üzrə elçisi Staffan de Mistura Suriya hökumətinin nümayəndə heyətilə görüşüb.
O sülh danışıqlarının bərpasını həqiqət üçün əsil məqam adlandırıb.
Mistura bildirib ki, bir sıra insanların “B Planı” adlandırdığı alternativ variant bildiyim qədər müharibəyə dönmək deməkdir və bu bizim indiyədək gördüyümüz müharibədən daha pisdir.
Staffan de Mistura danışıqlara başlamazdan əvvəl jurnalistlərə deyib ki,Suriyada siyasi keçidlə bağlı razılaşma ən yaxşı həl yoludur.
5 ildir ki, davam edən Suriya müharibəsində 270 mindən çox adam ölüb.
Hazırda Suriyada atəşkəsdir və tərəflər demək olar ki, ona əməl edir, mühasirədə olan bölgələrə humanitar yardımlar çatdırılır.
Amma atəşkəs “İslam Dövləti” qrupu və ya digər terrorçu təşkilatlara şamil edilmir.

Günün bütün mövzuları

XS
SM
MD
LG