Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 19:49

«Teatr: təcrübədən nəzəriyyəyə» layihəsi başlayır


Teatr
Teatr

-

Dövlət YUĞ Teatrı «Teatr: təcrübədən nəzəriyyəyə» adlı layihəyə start verir.

Teatrın mətbuat xidmətindən AzadlıqRadiosuna verilən xəbərə görə, uzunmüddətli silsilə tədbirlər nəzərdə tutan layihə milli teatr prosesində canlanma yaratmağa, teatrla cəmiyyət, teatr xadimləri, dramaturqlar, yazarlar, tələbələr arasında intensiv qarşılıqlı ünsiyyət qurmağa yönəlib.

Teatr bu fikirdədir ki,teatr prosesini hərəkətə gətirən, yaşadan ən vacib amil qarşılıqlı ünsiyyətdir. Bu ünsiyyət yalnız teatr-tamaşaçı müstəvisində deyil, həm də teatrsevərlərin, bu sahəyə hər hansı bir səmərə vermək potensialına malik insanların arasında qurulmalıdır.

Dünya təcrübəsi göstərir ki, buna nail olmaq üçün müxtəlif tipli teatr festivallarının, konfransların, seminarların, treninqlərin, master-klassların, şou-keyslərin və s. tədbirlərin təşkili xüsusi önəm daşıyır. Gənc rejissor, aktyor, teatrşünas və dramaturqlar məhz bu tipli tədbirlərdə aşkarlanır, yetişir və inkişaf edir.

Odur ki, milli teatr prosesini canlandırmaq üçün Avropa teatr təcrübəsində sınaqdan keçmiş üsul və vasitələrin tətbiqi səmərəlidir.

Mətbuat xidməti layihədə bütün qələm və düşüncə sahiblərini görmək istəyir.

Layihə çərçivəsində ilk tədbir martın 14-də saat 16.00-da gerçəkləşəcək.

Müasir dramaturgiyanın problemlərinə həsr olunmuş tədbirdə Mehman Musabəylinin «Toy səyahəti» pyesinin teatrallaşdırılmış oxunuşundan sonra ingilis rejissor Matthew Gold-un iştirakı ilə seminar keçiriləcək.

Sonra dramaturqların, teatrşünasların, rejissor və aktyorların, ədəbi tənqidçilərin, jurnalistlərin və tələbələrin iştirakı ilə müzakirə olacaq.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG