Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 11:02

Apellyasiya məhkəməsi Çovdarova «yox» dedi


Akif Çovdarov məhkəmədə
Akif Çovdarov məhkəmədə

-

Martın 14-də Bakı Apellyasiya Məhkəməsi ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin keçmiş idarə rəisi Akif Çovdarovun şikayətini təmin etməyib.
«Report»un xəbərinə görə, A.Çovdarov Səbail rayon Məhkəməsinin onun həbs müddətinin uzadılması ilə bağlı qərarından şikayət vermişdi.

Bu il martın 4-də Səbail rayon Məhkəməsi A.Çovdarovun həbs müddətini daha 4 ay artırmışdı.

A.Çovdarov ötən ilin noyabrında həbs edilib. O, Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) , 311.3.1 (rüşvət alma ), 311.3.2 (rüşvət alma təkrar törədildikdə), 311.3.4 ( hədə-qorxu tətbiq olunmaqla rüşvət alma) və 145.3 (qanunsuz azadlıqdan məhrum etmə) maddələri ilə ittiham olunur.

Prezident İlham Əliyev Milli Təhlükəsizlik Nazirliyini ötən ilin dekabrında ləğv edib. Bu nazirliyin bazasında iki qurum-Dövlət Təhlükəsizliyi Xidməti və Xarici Kəşfiyyat Xidməti yaradılıb.

XS
SM
MD
LG