Keçid linkləri

logo-print
2016, 02 Dekabr, Cümə, Bakı vaxtı 22:38

-

Mərkəzi Bank (MB) lisenziyası ləğv edilmiş «Bank of Azerbaijan» ASC-ni məhkəməyə verib.

«Report»un xəbərinə görə, iddiada «Bank of Azerbaijan» ASC-nin iflas prosedurunun başlanması barədə tələb irəli sürüb.

1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi ərizəni təmin edib. Qərardan narazı qalan «Bank of Azerbaijan» ASC-nin səhmdarlarının nümayəndəsi apellyasiya şikayəti verib. İşə Bakı Apellyasiya Məhkəməsində baxılacaq.

Mərkəzi Bank bundan əvvəl lisenziyası ləğv edilmiş «Gəncəbank»ı da məhkəməyə vermişdi. O, məhkəmə qarşısında «Gəncəbank»ın müflis elan olunması və ləğvediciyə aylıq 15 min manat əməkhaqqı ödənilməsi barədə tələb irəli sürmüşdü. Ancaq onda 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi iddianı təmin etməmişdi. Mərkəzi Bankın şikayətinə Bakı Apellyasiya Məhkəməsi baxmalıdır.

Mərkəzi Bank bu il 7 bankın lisenziyasını ləğv edib. Sonradan onların birinin- «NBC Bank»ın lisenziyası bərpa olunub.

Günün bütün mövzuları

XS
SM
MD
LG