Keçid linkləri

2024, 16 May, Cümə axşamı, Bakı vaxtı 20:07

Erdoğan gələsi oldu


R.T.Erdoğan
R.T.Erdoğan

-

«Ankarada terror olayının törədilməsinə baxmayaraq, Türkiyə prezidenti Recep Tayyip Erdoğan-ın Azərbaycana nəzərdə tutulan səfəri gündəlikdə qalır».
«Report»un xəbərinə görə, bu barədə Türkiyənin Azərbaycandakı səfirliyindən bildirilib.

Martın 13-də Ankaranın «Kızılay» meydanında törədilən terror nəticəsində 34 nəfərin öldüyü, 125 nəfərin yaralandığı bildirilir.

Türkiyə prezidentinin martın 15-də Azərbaycana gəlməsi gözlənilir.

O, buna qədər isə terror olayı üzündən Azərbaycana bir dəfə gəlişini təxirə salıb.
R.T.Erdoğan Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasında iştirak etmək üçün fevralın 18-də Bakıya gəlməli idi. Lakin fevralın 17-də Türkiyədə baş verən terror üzündən bu səfəri təxirə salmışdı.

XS
SM
MD
LG