Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 02:26

Əfv ümidləri doğruldacaqmı?


Tikinti
Tikinti

-

Rəsmi qəzetlərdə əsasən prezidentin qəbullarından, vətəndaşların şikayətlərindən yazılır. İntiharlar, əfv gözləntiləri isə o biri qəzetlərin aparıcı mövzusudur.

QANUNSUZ TİKİNTİNİ DAYANDIRAN TAPILACAQMI?

«Azərbaycan» qəzetində «Qanunsuz tikintini dayandıran tapılacaqmı?» başlıqlı məqalə dərc olunub. Məqalədə 8-ci mikrorayonda bir qrup sakinin yaşadıqları binaların arasında yeni 17-mərtəbəli bina tikintisinə etirazlarından bəhs edilir. Şikayətçilər bildirirlər ki, yeni binanın tikintisi ilə onların həyətləri tutulur.

«Biz həmin binanı inşa etməyə icazə verəni tapa bilmirik. Bununla bağlı Bakı Şəhər İcra Hakimiyyətində bizə dedilər ki. tikintinin dayandırılması barədə göstəriş verilib. Üstəlik, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin ərazidə inşaat işləri aparılmasının qanuna zidd olması haqda qərarı var. Amma nə fayda? Tikinti davam edir», - deyə sakinlər bildirirlər.

Foto illüstrasiya
Foto illüstrasiya

«BORCA GÖRƏ İNTİHAR EDƏNLƏR CƏBHƏDƏ HƏLAK OLANLARDAN ÇOXDUR»

Bu isə «Azadlıq» qəzetində intiharlar mövzusunda dərc edilən məqalənin adıdır. Məqalədə qeyd edilir ki, hər gün intiharlarla bağlı xəbərlər eşitməyə artıq qulaq öyrəşib: «Hər gün yeni intihar xəbəri eşidirik. Kimisi özünü yandırır, kimisi özünü asır, kimisi özünü körpüdən atır, kimisi də zəhər içir. Hərə bir vasitə ilə həyatına son qoyur. Məlum olur ki, intiharların səbəbi ağır sosial vəziyyətdədir. İntihar edənlərin böyük əksəriyyəti kredit ödəyir, yüksək bank faizlərinin yükü altında əzilirlər».

__________________________

"Hökumətin biganəliyi üzündən hər gün 2-3 nəfər həyatına qəsd edir"

__________________________

Müəllif yazır ki, intiharların sayını azaltmaq üçün dollarla krediti olanlara güzəşt edilməlidir: «Bu vətəndaşların ağır şəraiti təbii fəlakətlə bağlı deyil. Hökumətin acgözlüyünün nəticəsidir. Bu, həm də ölkədəki bankların böyük əksəriyyətinin ən yüksək vəzifələrdə əyləşənlərə məxsus olması ilə bağlıdır».

Məqalədə qeyd edilir ki, əgər araşdırma aparılsa, hər ay intihar edənlərin sayının cəbhə bölgəsində həlak olanlardan çox olduğu bəlli olar:
«Bəli, cəbhədə ölənlər hökumətin «kredit gülləsi»ndən ölənlərin sayından azdır. Fakt budur ki. hökumətin biganəliyi, məsuliyyətsizliyi, səriştəsizliyi və korrupsiyası üzündən hər gün 2-3 nəfər həyatına qəsd edir».

İlham Əliyev
İlham Əliyev

Məqalənin sonunda oxuyuruq: «Hökumət vətəndaşı öz əcəli ilə ölməkdən də məhrum edib. Biz «qara məktub»u cəbhə bölgəsindən yox, cəbhədən kənardan alırıq».

ƏFV NECƏ OLACAQ?

«Yeni Müsavat» qəzeti Novruz bayramı ərəfəsində gözlənilən növbəti əfv fərmanından bəhs edir.

Məqalədə əfv komissiyasının üzvilərinin fikirlərinə də yer verilib. Onlardan Əliməmməd Nuriyev öz təxminlərini dilə gətirsə də, ad çəkmək istəməyib: «Kimin azad edilib-edilməyəcəyini demək düzgün olmazdı. Bunu komissiya üzvünün deməsi etikadan kənar olardı. Komissiya müraciətləri araşdırarkən hər bir məhbus barəsində tövsiyə xarakterli qərar verib. Amma kimin azadlığa buraxılacağı yenə də prezidentin səlahiyyətindədir».

__________________________

«​Müsbət əfv gözləyirik. Amma siyasi manevrlər də ola bilər.»​

Hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı isə deyib ki, əfv prosesinin ləngiməsində maraqlı olan qurumlar var: «Bu proses təkcə Azərbaycanla tənzimlənmir. Sadəcə, Əfv Komissiyası siyahısını hazırlayır. Daxil olduğumuz həftədə nələrin baş verəcəyini görəcəyik? Müsbət əfv gözləyirik. Amma siyasi manevrlər də ola bilər. Burada maddi və mənəvi maraqlar da gözləniləndir. Bu həftə ölkə daxilindən və xaricdən təzyiqlər olmasa, düşünürəm ki, hər kəsin istədiyi əfv olacaq. Amma hər saatın bir hökmü var. Ümid edirəm ki, matın 19-na arzuladığımız əfvi görəcəyik».

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG