Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 00:27

Türkiyə rəsmiləri terroru pisləyir


Ankarada partlayış, 14 mart, 2016-cı il

Ankarada partlayış, 14 mart, 2016-cı il

-

Bazar günü Türkiyə paytaxtı Ankarada törədilmiş partlayışda azı 34 nəfər ölüb, 125 nəfər yaralanıb. Səhiyyə naziri Mehmet Muezzinoglu ölənlərin birinin və ya ikisinin hücumçular olduğunu söyləyib.

“Bu terror hücumunu pisləyirik. Bu hücumu həyata keçirənlər niyyətlərinə heç vaxt çatmayacaqlar”, Daxili işlər naziri Efkan Ala deyib. “Türkiyə qalib gələcək. Bu cür hücumlar terrora qarşı mübarizəmizə əngəl yarada bilməz”.

Prezident Recep Tayyip Erdogan zorakılığa səbəb kimi regiondakı sabitliyi qınayıb:

“Terror təşkilatları və onlardan alət kimi yararlananlar təhlükəsizlik qüvvələrinə uduzmağa başlayanda ən qəddar metodlara əl atır, günahsız insanları hədəfə alırlar”.

Hələlik hakimiyyət terror təşkilatçıları barədə açıqlama yaymayıb.

“Bu hücumu kimin törətdiyini söyləməyə hələ tezdir. Araşdırma gedir. Hazırda əsas işimiz yaralıları xilas etməkdir”, bir rəsmi deyib

Fevralda Ankarada törədilmiş partlayışda azı 28 nəfər həlak olmuşdu.

Günün bütün mövzuları

XS
SM
MD
LG