Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 10:18

-

Al-Qaeda-nın Suriya qanadı olan Al-Nusra Cəbhəsi Suriyanın şimal-qərbində Qərbin dəstəklədiyi üsyançıların baza və silahlarını ələ keçirib.

Suriya İnsan Haqları Təşkilatı martın 13-də bildirib ki, Al-Nusra Cəbhəsi onlarla üsyançını əsir götürüb. 13-cü diviziya adlı qruplaşma Azad Suriya Ordusunun bir fraksiyasıdır.

Qərbin dəstək verdiyi qruplaşmaya Ahmed al-Seoud komandirlik edir.

Artıq iki həftədir Suriyada döyüşlər, əsasən, dayandırılıb, martın 14-də Cenevrədə hökumət və müxalifət təmsilçilərinin danışıqları gözlənir.

Ancaq bu atəşkəs Al-Nusra Cəbhəsi və İslam Dövləti qruplaşması yaraqlılarına aid deyil.

Günün bütün mövzuları

XS
SM
MD
LG