Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 04:35

ABŞ-ın Dövlət katibi John Kerry martın 13-də Parisdə Fransa, Britaniya, İtaliya və Almaniyanın xarici işlər nazirləri, habelə Avropa İttifaqının xarici siyasət üzrə rəhbəri Federica Mogherini ilə görüşüb.

Görüşdə əsas müzakirə mövzusu Suriya prezidenti Bashar al-Assad rejimi ilə Suriya müxalifəti təmsilçiləri arasında martın 14-də Cenevrədə başlayacaq dolayı sülh danışıqları olub.

Kerry Suriya rejimi və onu dəstəkləyənlərə xəbərdarlıq edərək bildirib ki, əgər onlar atəşkəs rejimini istədikləri vaxt və rahatlıqla poza biləcəklərini düşünürlərsə, yanılırlar.

Dövlət katibi həmçinin Suriyada İŞİD-in mövqeyinin zəiflədiyini bildirib: “Son üç həftə ərzində DAEŞ 600 döyüşçüsünü, habelə 3 min kilometr əraziyə nəzarəti itirib”.

Günün bütün mövzuları

XS
SM
MD
LG