Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 19:54

Reuters agentliyinin qiyamçılara və hərbi mənbələrə istinadən verdiyi xəbərə görə Suriya hökumət ordusuna aid döyüş təyyarəsi vurulub.

Reuters agentliyinin qiyamçılara və hərbi mənbələrə istinadən verdiyi xəbərə görə Suriya hökumət ordusuna aid döyüş təyyarəsi vurulub.

Təyyarənin raket və ya təyyarələrə qarşı daha yüngül silahlarla vurulub salınmasına dair ziddiyyətli məlumatlar var.

Suriya hərbiyyəsi bildirib ki, üsyançılar təyyarəni Hama əyalətində eniş edərkən vurublar. Suriya hökuməti şənbə günü baş vermiş hadisəni atəşkəsin pozulması adlandırıb.

Ərazidəki qiyamçı qruplaşmalardan Ceyş ən-Nəsr təyyarəni antitəyyarə silahları ilə vurduğunu bildirib.

Lakin Suriya müxalifəti İnsan Haqlarının Müşahidəsi qrupu təyyarənin istilik tuşlayıcısı olan iki raketlə vurulduğunu iddia edib.

Reuters bildirir ki, üsyançılar bundan əvvəl də Suriya hökumət qoşunlarının təyyarələrini hava hücumundan müdafiə zenitləri ilə vurublar.

Üsyançılar bu silahları Səudiyyə Ərəbistanından Rusiya və Suriya hərbi təyyarələrinin hücumundan qorunmaq üçün istəmişdilər.

Rəsmi məlumatlarda bu silahların qiyamçılara verilmədiyi bildirilirdi. Ehtiyuat edilirdi ki, bu silahlar İslam Dövləti adlandırılan təşkilatın əlinə keçə bilər.

Rusiyanın Sputnik agentliyinin verdiyi xəbərə görə təyyarənin pilotu paraşütlə enərkən göydə güllələnib.

Bəzi başqa mənbələr səsdən iti təyyarənin bir pilotunun təyyarənin qəzaya uğraması nəticəsində həlak olduğunu, ikinci pilotun isə sağ-salamat hərbi hava bazasının ərazisinə endiyini bildirirlər.

Daha bir məlumata görə həlak olan pilot vurulmuş təyyarəni aeroprota endirməyə çalışırmış.

Günün bütün mövzuları

XS
SM
MD
LG