Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 19:41

-

Dünyanın ən yaşlı adamı Yisrael Kristal faşistlərin İkinci Dünya müharibəsi zamanı qurduğu Osventsim həbs düşərgəsinin əsirlərindən biri olub.

O, 1903-cü ildə Polşada doğulub. İkinci Dünya müharibəsindən sonra İsrailin Hayfa şəhərinə gedib.

Ginnesin Rekordlar Kitabının nümayəndələri Yisrael Kristal-ı dünyanın ən yaşlı adamı kimi qeydə alıblar. Martın 11-ə olan məlumata görə, o, 112 il 178 gündür ki, yaşayır.

Faşist Almaniyası Polşanı işğal edəndən sonra Yisrael və həyat yoldaşını Lodz gettosuna göndəribmiş. Onun iki uşağı həmin gettoda ölüb. Daha sonra o, həyat yoldaşı ilə Osventsim həbs düşərgəsinə göndərilib. Həyat yoldaşı bu düşərgədə öldürülüb.

1945-ci ilin mayında müttəfiq qoşunları Yisrael-i tapanda, onun çəkisi 37 kiloqram olub.

Bundan əvvəl dünyanın ən yaşlı adamı yapon Yastutaro Koide idi.

Koide yanvar ayında 112 yaşında vəfat edib.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG