Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 02:27

-

«Suriya ilə bağlı sülh danışıqları davam etməlidir. Ancaq bundan öncə Rusiya və Amerika nümayəndələri görüşüb atəşkəs rejiminin pozulması barədə iddiaları müzakirə etməlidir».

Bunu ABŞ-ın dövlət katibi John Kerry bildirib.

İki ölkə rəsmiləri Cenevrə və Əmmanda bir araya gələcək.

Kerry Assad rejiminin atəşkəsi pozduğu ilə bağlı məlumatları bu axşam rusiyalı həmkarı Lavrov-la telefon danışığında müzakirə edəcəyini də bildirib.

Qərbin dəstəklədiyi Suriya müxalifəti Cenevrədə Dəməşq hökuməti ilə keçiriləcək sülh danışıqlarında iştirak edəcəyini bəyan edib.

Kerry Avropa diplomatları ilə Liviya, Suriya, Yəmən və Ukrayna barədə məsləhətləşmələr aparmaq üçün martın 13-də Parisə gedəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG