Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 22:16

-

Azərbaycanda dopinqdən istifadə edənlərin sərt şəkildə cəzalandırılacaqları gözlənilir. Gənclər və İdman Nazirliyində «Dopinqə qarşı mübarizə haqqında» qanun layihəsinin hazırlanmasına başlanıb.

Qanun layihəsini hazırlayan İşçi Qrupun üzvü, Gənclər və İdman Nazirliyinin Dopinqə qarşı mübarizə sektorunun müdiri İradə Rüstəmzadə «Report»a deyib ki, hazırda cəza növləri müzakirə olunur:

«Beynəlxalq Antidopinq Agentliyi idmançısı dopinq-testdən keçə bilməyən milli federasiyaların 10 min dollar cərimələnməsini tələb edir. Biz isə maddi cəzanın birbaşa günahkar şəxsə tətbiqini düşünürük. Günahkarın müəyyənləşdirilməsi üçün araşdırma qrupu yaradılacaq. Ən ağır cərimə azyaşlı idmançılara qadağan olunmuş dərman preparatlarının qəbul etdirilməsinə görə tətbiq olunacaq».

İ.Rüstəmzadə qanun layihəsinin avqustda Rio-de-Janeyroda keçiriləcək Yay Olimpiya Oyunlarından sonra Milli Məclisə təqdim olunacağını bildirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG