Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 02:45

-

Gürcüstanın "Sputnik Gruzia" səhifəsi Azərbaycan şairi Əfzələddin Xaqani Şirvaninin bir şeirini və şair haqqında, onun gürcülərə məhəbbəti haqqında yazı çap edib.

Şeir gürcü və rus dilində təqdim olunub. Azərbaycan dilinə hərfi tərcümə etsək, şeir belə başlanır:

Mən bir gürcü gözəlini sevdim, elə sevdim,

Onunla söhbət etməkçün gürcü dilin öyrəndim,

Neçə kərə dedim: "Modi, modi, modi"...

"Modi" gürcü dilindən tərcümədə "gəl" deməkdir. Yazıda deyilir ki, Xaqani başqa şeirlərində də gürcü sözlərindən istifadə edib, bu, onu deməyə əsas verir ki, şair gürcü dilini bilib.

19-cu əsrin sonu, 20-ci əsrin əvvəlində yaşamış tanınmış iranlı alim və yazar Said Nəfisi məxsusi Gürcüstana gedib ki, Xaqaninin şeirlərindəki sözlərin mənalarını öyrənsin.

Said Nəfisi Gürcüstan səfərindən sonra deyib:

"Xaqani öz şeirlərində masa arxasında gedən söhbətlərin təsvir edir. Gürcüstana getməsəydim, bu şeirləri başa düşməyəcəkdim."

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG