Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 10:54

Korrupsiya barədə xəbərə görə 500 dollar


500 dollaradək qazanmaq olar.
500 dollaradək qazanmaq olar.

-

Belarusda korrupsiya xəbərlərinin 50 faizə qədəri vətəndaşlardan gəlir. Bunu ölkənin Baş Prokurorluğu deyir. Əlavə edir ki, belə xəbərlər mükafata layiq görülə bilər.

Ağır korrupsiya cinayətlərinin aşkar edilməsi, açılması və ya araşdırılmasına görə vətəndaşlara 500 ABŞ dollarınadək, az ağır cinayətlərlə bağlı xəbərə görə isə 300 dollara yaxın mükafat nəzərdə tutulub.

YA SAYTDAN, YA MƏKTUBLA GÖNDƏR

«Current TV» yazır ki, aparılmış araşdırma zamanı xərclənmiş vəsaitin kompensasiyası üçün 100 dollar ödəniləcək.

Hüquq-mühafizə orqanlarının əməkdaşları korrupsiyanın üzə çıxarılmasında iştirak edərsə, onlara belə bir mükafat verilməyəcək.

MƏLUMAT YALAN ÇIXARSA....

Korrupsiya cinayətləri barədə məlumatlar Baş Prokurorluğun saytındakı anket və ya məktub vasitəsilə çatdırıla bilər.

Ancaq prokurorluq xəbərdarlıq edir ki, yalan məlumat və ya böhtan cinayət məsuliyyəti yaradır.

Belarus Baş Prokurorluğunun əməkdaşı Igor Greibo «Belta» agentliyinə deyir ki, yalan məlumatların yayılmasına imkan verməyəcəklər: «Bizdə yalan məlumat verməklə bağlı cinayət məsuliyyəti var».

MÜKAFAT-BEYNƏLXALQ TƏCRÜBƏDİR

I.Greibo-nun sözlərinə görə, korrupsiya barədə xəbər vermənin mükafatlandırılması beynəlxalq təcrübədir. O, ABŞ təcrübəsindən misal çəkib deyir ki, mükafatın məbləği məhkəmə qərarı ilə müsadirə olunan əmlakın dəyərindən asılıdır: «ABŞ-da mükafatın məbləği qanunu pozan istənilən hüquqi şəxsə tətbiq olunan cərimənin 10-30 faizini təşkil edir».

«Transparency International»ın korrupsiya reytinqində Belarus 107-ci yerdədir. Bu, Baltikyanı ölkələrdən pis, Ukrayna və Rusiya ilə müqayisədə yaxşı nəticədir.

XS
SM
MD
LG