Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 13:05

Keçmiş mətbuat katibi axtarışa verilib


Elnur Nağızadə
Elnur Nağızadə

-

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) keçmiş mətbuat katibi Elnur Nağızadə axtarışa verilib.

APA-nın xəbərinə görə, Baş Prokurorluğun mətbuat xidməti bildirib ki, hazırda onun tutulması üçün əməliyyat axtarış tədbirləri həyata keçirilir. Elnur Nağızadənin ölkəni tərk etdiyi bildirilir. Onun barəsində qiyabi həbs qərarı verilib.

Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində E.Nağızadəyə qarşı şikayətə görə, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 320.1-ci (rəsmi sənədləri saxtalaşdırma) maddələri ilə iş açılmışdı.

Bir müddət öncə, Bakı sakinləri Vüsal İbrahimov və Zaur Əsgərov ötən ilin avqustunda Elnur Nağızadəyə işə düzəlmək üçün 150 min ABŞ dolları verdiklərini bildirərək şikayət etmişdilər. Onlar işlə təmin olunmadıqlarını və pullarını geri ala bilmədiklərini iddia edirdilər.

Ancaq Elnur Nağızadə mətbuata açıqlamasında şikayəti əsasız sayaraq ona böhtan atıldığını bildirirdi.

Bu günlər oxşar iddia Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin keçmiş Aparat rəhbərinə qarşı da səslənib.

XS
SM
MD
LG