Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 15:02

Azərbaycan hərbi hava qüvvələrində böyük üstünlüyə malikdir


Serzh Sarkisian Qarabağda hərbi təlimləri izləyir - 2015

Serzh Sarkisian Qarabağda hərbi təlimləri izləyir - 2015

-

Rusiyanın «Hərbi-siyasi kuryer» nəşrində Ermənistandakı və Dağlıq Qarabağdakı erməni silahlı qüvvələrinin sayı və tərkibi göstərilməklə, oradakı hərbi hissələrin nömrələri, təyinatı və dislokasiya yerləri əks olunmuş məqalə dərc edilib. Məqalənin müəllifi Siyasi və Hərbi Tədqiqatlar İnstitutunun direktor müavini Aleksandr Khramchikhin-dir.

Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Hovannisian Khramchikhin-in yaydığı məlumatların dövlət sirri təşkil edib-etmədiyinə dair aydın bir fikir söyləməyib. Yalnız onu deyib ki, yazıdakı faktların bir çoxu həqiqəti əks etdirmir: «İstənilən başqa analitik məqalədə olduğu kimi, burada da bəzi şeylər reallığı əks etdirir, bəziləri isə yox».

MƏLUMATLARIN ÇOXU 10 İL ƏVVƏLƏ AİDDİR

Qafqaz İnstitutunun direktor müavini, hərbi ekspert Sergei Minasian-ın fikrincə, Khramchikhin-in məqaləsi həvəskar səviyyədə yazılmış yazıdır. Onun sözlərinə görə, müəllif əsasən açıq və əlçatan məlumatlardan istifadə edib. Həmin məlumatların da bir çoxu 10 il əvvələ aiddir.

Məqalənin özünə gəlincə, rusiyalı analitik yazır ki, mövqe üstünlüyü və yüksək döyüş hazırlığı sayəsində Ermənistan silahlı qüvvələri hələ ki, Azərbaycanın mümkün hücumunun qarşısını almağa qadirdir. Amma ümumi tendensiya Ermənistanın xeyrinə deyil.

«Azərbaycanın iqtisadi imkanları xeyli böyükdür. O, indinin özündə hərbi hava qüvvələrində böyük üstünlüyə malikdir. Ancaq hələ ki, bunu Ermənistanda və Qarabağdakı hava hücumundan müdafiə sistemləri kompensasiya edir», -- rusiyalı ekspertin məqaləsində belə deyilir.

ARABA YERİNDƏN TƏRPƏNMƏYƏCƏK...

Sergei Minasian isə regiondakı qüvvələr nisbəti ilə bağlı bu fikirdədir ki, 2010-2011-ci illərdən Azərbaycan Rusiyadan silah almaqla hərbi gücün bəzi sahələrində balansı öz xeyrinə dəyişməyə nail olub. «Amma son aylar həm güzəştli kredit, həm də başqa formatlarda əməkdaşlıq sayəsində hərbi balans hazırda Ermənistan üçün ötən ilkindən daha məqbul vəziyyətdədir», -- deyə Minasian bildirib.

O, irimiqyaslı hərbi əməliyyatların başlanmasına az ehtimal versə də, lokal səviyyəli gərginlikləri istisna etmir. Danışıqlar prosesinə gəlincə, erməni ekspert yaxın gələcəkdə «arabanın yerindən tərpənəcəyinə» inanmır.

Günün bütün mövzuları

XS
SM
MD
LG