Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 06:29

-

Martın 11-də Dənizkənarı Milli Parkın ərazisində suya düşmüş vətəndaşın meyiti tapılıb.

Xəbəri Fövqəladə Hallar nazirliyi yayıb.

Meyitin aidiyyəti üzrə təhvil verildiyi deyilir. Amma hadisənin baş verməsi səbəbləri haqda hər hansı açıqlama yoxdur.

+++

Martın 11-də bulvarda bir nəfərin özünü dənizə atdığı bildirilir. Xəbəri Fövqəladə Hallar Nazirliyi (FHN) yayıb. Hadisə Dənizkənarı Milli Park ərazisində baş verib.

FHN-in Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunub və vətəndaşın axtarışlarına başlanılıb.

Son vaxtlar ölkə mediası müntəzəm olaraq intihar faktları haqda yazır. Amma ölkədə intihar hallarının statistikası aparılmır, bu halların səbəblərini təhqiq edəcək mərkəz yoxdur.

Martın 11-də Ağcabədi rayonunda da Sənan Bağırov adlı bir nəfər borca görə özünü beşmərtəbəli binadan atmaq istəmişdi. Ancaq rayon icra hakimiyyəti başçısı hadisə yerinə gələrək bunu önləmişdi.

Salyan rayonunda isə Təbəssüm Cəfərov adlı bir nəfər qohumlarının göz qarşısında odlu silahdan açdığı atəşlə intihar etmişdi.

Martın 11-də Bakıda daha bir naməlum adamın da meyiti aşkarlanmışdı. 17-mərtəbəli binadan yerə düşən bu şəxsin isə intihar etdiyi, yoxsa qətlə yetirildiyi araşdırılır.

Günün bütün mövzuları

XS
SM
MD
LG